Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Sosial / “Minlərlə gəncin iş yerinə çevrilən şirkəti bağlamaq ağlabatan deyil”

“Minlərlə gəncin iş yerinə çevrilən şirkəti bağlamaq ağlabatan deyil”

“10 ildən çox ölkədə fəaliyyət göstərən, artıq oturuşmuş bir şirkətə çevrilən, minlərlə gənc üçün iş yeri və çörək pulu qazanmaq yerinə çevrilən, cəmiyyətin elə bir ciddi narazılığı olmayan bir strukturun fəaliyyətini dayandırmaq və ya “bağlamaq” qərarı ağlabatan bir addım kimi görsənmir”.
Bunu Azərbaycan İnternet Formunun rəhbəri Osman Gündüz “Volt Azərbaycan” şirkətinin fəaliyyətinin dayandırılmasına münasibət bildirərkən özünün Feysbuk hesabında yazıb.
“Düşünürəm ki, AQTA digər əlaqədar dövlət qurumları və Wolt-la birgə şirkətin qanunvericiliyin tələblərinə əməl etməsinə, qaydalara uyğunlaşdırılmasına köməklik göstərə bilərdi, daha hövsələ ilə yanaşa bilərdi, cərimələr tətbiq edə bilərdi və s.
Ümid edirəm, səlahiyyətli qurumlar Wolt-la birgə bir daha bu məsələni araşdırıb doğru bir qərar verəcəklər”, – O. Gündüz qeyd edib.
Qeyd edək ki, bu gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Volt Azərbaycan” MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edildiyini elan edib.

Həmçinin oxuyun

Hökməlidə kanalizasiya sistemi yox, yollar bərbad – VİDEO

Bakı şəhər, Abşeron rayon, Hökməli qəsəbəsi, Koroğlu küçəsinin sakinləri yolların pis vəziyyətdə olmasından şikayətçidirlər. Bildirilib …