Çərşənbə , May 8 2024
Ana səhifə / Sosial / Masazır sakinindən şikayət: “Əsas su xəttinin borusu partlayıb, evimin özülünə axır”

Masazır sakinindən şikayət: “Əsas su xəttinin borusu partlayıb, evimin özülünə axır”

Abşeron rayonunun Masazır kəndinin sakinləri əsas su xəttinin borusunun partladığını iddia edirlər.

Bu barədə Oxu.Az-ın redaksiyasına şikayət daxil olub.

Kənd sakini Elvin İsmayıllı əsas su xəttinin borusunun partladığını söyləyib:

“Masazır kəndi Mirzə Ələkbər Sabir küçəsində acınacaqlı vəziyyət hökm sürür. Kəndin əsas su xəttinin borusunun istismar vaxtı keçdiyi üçün partlayıb. Su axıb gedir.

Evim ilə əsas su xətti arasında məsafə çox azdır. Su düz həyətimə axır, evimin özülünə dolur. Divarın uçma təhlükəsi var. Yollar palçıqdır. Bir aydan çoxdur ki, vəziyyət belədir. Əlaqədar quruma dəfələrlə müraciət etmişik. Gəlib, həll edirlər. Yenidən boru partlayır.

Boru ümumi orta yolda partlayıb. Yolu da dağıdır. O ərazidə yaşayan hər kəsə ziyan verir. Məsələnin həll olunmasını istərdik”.

Məsələni araşdırmaq üçün “Azərsu” ASC-yə sorğu ünvanladıq.

“Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı saytın sorğusuna cavab olaraq  bildirib ki, həmin ərazidə mərkəzləşdirilmiş infrastruktur yoxdur.

“Orada mərkəzləşdirilmiş kanalizasiya xətti də yoxdur”.

Həmçinin oxuyun

“Baku Electronics” satdığı keyfiyyətsiz malı dəyişdirməyib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəqəmsal və məişət texnikasının satışı …