Cümə axşamı , May 30 2024
Ana səhifə / Sosial / “Məktəblərdə oğlanların qız kimi yetişməsi…” – Sabiq nazirdən maraqlı açıqlama

“Məktəblərdə oğlanların qız kimi yetişməsi…” – Sabiq nazirdən maraqlı açıqlama

Məktəblərdə kişi müəllimlərin azlığı, yaxud az olması daima müzakirə mövzusu olub. Fəqət, indi məsələyə tamamilə fərqli aspektən yanaşılır. Çoxları iddia edir ki, məktəblərdə oğlanlar qız kimi yetişdirilir. Bunun səbəbi isə qadın müəllimlərin nəvazişi və sığalı altında dərs keçmələridir. Kişi müəllimlərin məktəblərdə tədris prosesindən tədricən uzaqlaşması narazılıqları daha da artırıb. 

Bəs bu fikir nə dərəcədə doğrudur? 

Mövzu ilə bağlı sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov “Yeni Sabah”a danışıb. O, həmin fikirlə razılaşmadığını bildirib: 

“Məktəblərdə oğlanların qız kimi yetişməsi fikrinə münasibət bildirə bilmərəm. Çünki mən bu halla rastlaşmamışam. Lakin məktəblərdə kişi müəllimlərin olmasına da ehtiyac var. Onu da qeyd edim ki, son illərdə məktəb müəllimlərinin əməkhaqqı artırıldıqca müəllim hazırlayan fakültələrə qəbul olmaq üçün sənəd verən oğlanların da sayında artım nəzərə çarpır. Bu onu göstərir ki, gələcəkdə kişi müəllimlərin sayının artacağına ümid etmək olar. Həmin proses tədricən baş verəcəkdir”. 

Professor kişi müəllimlərin sayının artırılmasının vacib məqam olduğunu vurğulayıb: 

“Məktəblərdə müəllimlərin 80 faizi qadınlardır. Orta məktəblərdə kişi müəllimlərin sayı barmaqla sayılası qədərdir. Qadınların müəllim olmasına münasibətim müsbətdir. Çünki ailədə övladın tərbiyəsi ilə qadın məşğul olur. Ancaq eyni zamanda məktəblərdə kişi müəllimlərin olması da vacib məsələdir. Bu say bərabər olmasa da, 60-40 nisbətində ola bilər”. 

Həmçinin oxuyun

Şəkərli diabetdən əziyyət çəkənlər pulsuz dərmanları ala bilmir

Şəkərli diabet xəstələri bir neçə aydır poliklinikalardan pulsuz verilməli olan dərman preparatlarını almaqda çətinlik çəkirlər. …