Bazar ertəsi , May 20 2024
Ana səhifə / Sosial / İş yeri statistikasından doğan suallar: Dövlət hesabına açılır, pul bitəndə bağlanır

İş yeri statistikasından doğan suallar: Dövlət hesabına açılır, pul bitəndə bağlanır

“İstəlinən rayona 5 milyard manat vəsait yatırsa, ən azı 10 min iş yeri açmaq mümkün olar. Lakin belə metodla iş yeri açmaq düzgün addım deyil”. 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli yeni iş yerlərinin açılmasından danışarkən deyib. Ekspert hesab edir ki, istər Bakıda, istər işğaldan azad olunan ərazilərdə, istərsə də digər rayonlarda yeni iş yerləri özəl sektorun hesabına açılmalıdır: 
“Özəl sektorun fəaliyyətinin genişlənməsi, çeşidlərinin artması, şaxələnməsi nəticəsində iş yerləri açılmalıdır. Çox təəssüflər olsun, biz bunu hələ müşahidə edə bilmirik. İşğaldan azad olunan ərazilərdə bu ilin sonuna kimi ümumilikdə 11 milyard manat xərclənəcək”.

Akif Nəsirli hesab edir ki, 11 milyard manat hesabına müəyyən iş yerləri açılacaq:
“Həmin vəsait xərclənib qurtaranda isə iş yerləri bağlanacaq. Bu, daimi iş yeri açmaq demək deyil, sadəcə tikinti-bərpa-quruculuq işləri zamanı onun təsirləri altında açılan müvəqqəti iş yerləridir”.
Eksperr təklif edib ki, iş yerləri özəl sektorun inkişafı hesabına açılsın:
“Belə olarsa, əmək bazarı normal vəziyyətə gələ bilər. İşğaldan azad olunan ərazilərdə dövlət proqramı həyata keçirilir. Həmin ərazilərdə quruculuq-tikinti-bərpa işləri sürətlə gedirsə, orada iş yerləri çoxalır. İş yerləri nədən ibarətdir? Tikinti, yol çəkmək və s. Bu iş yerləri Azərbaycanda dövlət büdcəsi hesabına açılır. Amma onlar təbii formada açılmalıdır”. 

Həmçinin oxuyun

Rusiyadan 50 qəpiyə alınan buğda unu marketlərdə 1 manat 71 qəpiyə satılır – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində Azərbaycana xaricdən ümumi dəyəri 2 milyon 29,9 min dollar …