Sosial şəbəkədə biz:

Güclü qar dağıntıya səbəb oldu – Talvar çökdü, iki avtomobil altında qaldı – FOTO

Güclü qar dağıntıya səbəb oldu – Talvar çökdü, iki avtomobil altında qaldı – FOTO
Xəbər Şəkli
20 January 2026, 10:20
Sosial

Qazaxda yağan güclü qar ciddi fəsadlara yol açıb.
Hadisə rayonun Abbasbəyli kəndində qeydə alınıb. Belə ki, ötən gecədən başlayan güclü qar kənd sakininə məxsus evin talvarını çökdürüb.

Nəticədə, vətəndaşa məxsus "Chevrolet Malibu" və Chevrolet Cruze" markalı minik maşınları talvarın altında qalaraq əzilib.

Hazırda qarın yağması davam edir.

APA