Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı xarici borcun ÜDM-də payının 5.6 faiz olduğunu bildirib. Dövlət başçımız valyuta ehtiyatlarımızın xarici borcumuzu 20 dəfə üstələdiyini qeyd edib.
Xarici borcun ÜDM-də payına görə Azərbaycan dünyada ən yaxşı onluqda yer alıb. Bu regionda ən yaxşı göstərici deməkdir. MDB dövlətləri arasında xarici borcun ÜDM-də payı Rusiyada 11, Tajikstanda 32, Belarusda 37, Özbəkistanda 49, Qazaxıstanda 50, Qırğızıstanda 51, Moldovada isə 55 faizdir. Qardaş Türkiyədə bu göstərici 35 faizə bərabərdir.
Əksər inkişaf etmiş dövlətlərdə xarici borc ÜDM-in həcmini üstələyir. Belə ki, xarici borc ÜDM-dən Böyük Britaniyada 2.8, Fransada 2.6, Belçikada 2.3, Yunanıstanda 2.2, İsveçrədə 2.1, Finlandiyadq 2.0, İspaniyada isə 1.6 dəfə çoxdur.
Göründüyü kimi, Azərbaycan xarici borcun ÜDM-də payınnın bir rəqəmli olduğu azsaylı dövlətlərdəndur. Ölkəmizdə xarici borcun ÜDM-dəki payının tənzimlənməsi siyasəti davam etdirilir. Bu, Azərbaycan üçün müstəqil iqtisadi siyasətin həyata keçirilməsi, eyni zamanda təhlükəsizlik yastığının möhkəmlənməsi baxımından da vacib hesab olunur.
Vüqar Bayramov, millət vəkili