XXI əsrdə- dövlətin hər il elmin inkişafına milyonlarla pul
xərclədiyi, əcnəbilərin Aya, Marsa ayaq döydüyü bir zamanda Azərbaycan
alimlərinin başlarına tökməyə kül axtardıqları məkan Gəncə Dövlət
Universitetidir. Bu sətirlər GDU-nin professor-müəllim heyətinin
Rubrika.az saytına ünvanladıqları müraciətin (əslində ona “müsibətnamə”
demək daha uyğun olardı) mətnindən götürülüb. 2014-cü ildən Yusif
Yusifovun az qala bazarkom kimi idarə etdiyi bu təhsil ocağında
yaşananları deməyə söz acizdir. Belə məqamda ədiblər demişkən bir sazda
lazımdır ki, aşıq “Yusif və Züleyxa” dastanının yeni boylarını
qulluğunuza ərz eləsin.
Düz
5 ildir ki, Azərbaycan mediası, az-çox təhsillə bağlılığı olan hər kəs
həyəcan təbili çalır,haray qoparır ki, Y.Yusifov GDU-ni fəlakətə
sürükləyir, burada şıdırğı alver gedir, millətin gələcəyi məhv olunur.
Amma, çifayda-deyildikcə elə bil Y.Yusifovun Təhsil nazirliyinin yanında
hörməti bir az da artır. Bir universiteti pulkəsən maşına döndərən
birisinin nazirliyin gözündə az qala “həzrəti Yusif” mərtəbəsinə nədən
qalxdığını bilməsək də onun cahanşümal əməllərindən az-çox xəbərimiz
var. Bir-ikisini deyək bəlkə Təhsil nazirimiz də oxuyub feyziyab oldu.
Deməli Y.Yusifov GDU-da tamamilə ibtidai icma-qəbilə-tayfa qayda
qanunlarını tətbiq edib. Daha çox tayfa başçısı funksiyasını yerinə
yetirən patriarx öz ətrafına hər sözünə “ləbbeyk” deyən şəxsləri (
təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənov, Şahin, Elçin və s)
toplayaraq istədiyi qərarları qəbul edir. Y.Yusifovun hərbi kommunizm
siyasətinə əsasən laborant,baş laborant,laboratoriya müdiri,kabinə
müdiri,preperator,metodist və digər tədris-köməkçi heyəti üzvləri hətta
xadimələr belə ayda 250 manat maaş alacaqlar. Göründüyü kimi hamıya bir
gözlə baxan Yusifov elə hamıya da eyni maaşı verir. Amma siz heç də onu
xəsis birisi kimi qəbul etməyin. Təsəvvür edin ki, o GDU-nin girişində
biri 270 min manata turniket quraşdırtırıb. Hələ 5 ədədinin də
quraşdırılması nəzərdə tutulan turniketlərə ümumilikdə 1 milyon 350 min
manat xərclənəcək. 250 manat maaş alan əməkdaşın 270 min manatlıq
turniketdən keçməsinin yaratdığı eyforioyanı təsəvvür edirsinizmi? Bəlkə
cənab nazir bu dahiyanə kəşfə, 270 min manatlıq turniket oyunbazlığına
bir açıqlama versin.
Yaxud
başqa bir fakta nəzər salaq. Prezident İlham Əliyevin fərmanı ilə
GDU-nin 3 ədəd 4 mərtəbəli tələbə yataqxanasının təmiri üçün 12 milyon
vəsait ayrılıb.Bu binalar sökülmədən, sadəcə təmir olunur.Bu qədər
vəsaitə böyük bir kompleks tikmək olar,lakin rektor bu məqsədlə
universitetin büdcəsindən əlavə olaraq 750000 manat vəsait ayrılacağını
bildirir. Maraqlıdır, görəsən bu qədər vəsaitə dünyanın harasında
kosmetik təmir aparıla bilər? Bu qədər vəsait Yusifov-Həsənov cütlüyünün
korrupsiya piramidasının dolanbac labirintlərində yoxa çıxarılır,havaya
sovrulur, mənimsənilir. Bəlkə cənab nazir bunlara da bir az diqqət
yetirsin!
GDU-də
müxtəlif adlar altında pul toplanılması adi hal alıb. Hər il olduğu
kimi bu il də F.Həsənovun rəhbərliyi ilə tədris binalarının cari təmiri
üçün fakültə dekanlarından 2000 manatdan pul yığılıb. 8 fakültə və 2
şöbənin olduğunu nəzərə alsaq,bu məbləğ 20000 manat vəsait edir. Bəs
buna nə cavab veriləcək görəsən?
Y.Yusifovun
“əməl dəftəri”ni vərəqləsək hələ çox eybəcərliklər üzə çıxara bilərik.
Amma nədənsə bütün bunları Təhsil nazirliyi görməzdən gəlir, görmür.
Görünür C.Bayramovun da bu çetenin əməllərinə “dur” demək gücü yoxdur. O
zaman cənab Prezidentin, hörmətli Mehriban xanımın diqqətinə ümid etmək
lazımdır. Azərbaycan elminin, təhsilinin böyük himayəçiləri, GDU-də əsl
korrupsiya,rüşvət fəlakəti yaşanır. Bir qrupun bazar qanunları
üzərindən formalaşdırdığı idarəçilik böyük bir elm ocağını uçuruma
yuvarlayır. Tezliklə sizin müdaxiləniz olmazsa burada təhsil adına hansı
rüsvayçılıqların baş verəcəyini təxmin etmək mümkünsüzdür. GDU-ni bu
çetenin əsarətindən xilas edin!
P.S.
Sosial şəbəkələrdə GDU adına trolluq edən əxlaqsız,küçə səviyyəli
xüsusi bir qrup fəaliyyət göstərir. Onlar Y.Yusifov haqqında tənqidi
fikir səsləndirənlərə qarşı heç bir əxlaqa sığmayan, ən alçaq küçə
söyüşləri ilə mirzəlik edirlər,hətta bu biqeyrətlər, namussuzlar,
şərəfsizlər bu və ya digər şəkildə bu işdə onlara dəstək olanlar da
özlərini kişi hesab edirlərsə dovşan kimi gizlənmədən ortaya çıxsınlar.
Çətin ki… Düzdür Y.Yusifov və GDU-nin digər rəhbərləri bunlardan
xəbərsiz olduqlarını söyləyirlər. Biz də hər halda alim adlandırılan bu
şəxslərə inanmaq istəyirik. Biz heç kəsi nahaqdan ittiham edə bilmərik.
Bizim sözümüz bu işin arxasında gizlənən namussuzlara aiddir. Saytımıza
qarşı kanalizasiya bənzərli ağızlarına gələni yazanlara demək istəyirik
ki,öz ailə tərbiyənizi və ailə yaşam tərzinizi sosial şəbəkələrə
daşımayın. Necə deyərlər, kişinin arxasınca da gərək elə kişi danışsın!
Rubrika.Az