Çərşənbə axşamı , May 21 2024
Ana səhifə / Sosial / Evini təmir etdirmək istəyənləri aldada bilərlər – VİDEO

Evini təmir etdirmək istəyənləri aldada bilərlər – VİDEO

Bakı sakini evinin təmiri üçün yüksək məbləğ ödəsə də, mənzilinə köçə bilmir. Çünki təmir-tikinti şirkəti üzərinə düşən öhdəliyi yerinə yetirmir. Mənzildə təmir işlərinin yubanması ev sahibini çarəsiz qoyub.

Paytaxt sakini Nahidə Mirzəyeva Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən mənzilinin təmirini təmir-tikinti şirkətinə həvalə edib. Ancaq “Bəxtiyarov group” adlı həmin şirkət üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Bu səbəbdən Nahidə Mirzəyeva mənzilinə köçə bilmir.

Müsahibim bildirdi ki, şirkətə dəfələrlə müraciət etsə də, vəziyyət dəyişməz olaraq qalır. Nahidə Mirzəyevanın sözlərinə görə, işlərin yekunlaşması üçün hətta şirkətə əlavə vaxt da verib. Üstəlik, müqavilədə təmir üçün nəzərdə tutulan məbləğin böyük hissəsini şirkətə ödəyib.

Məsələ ilə bağlı sözügedən şirkətlə əlaqə saxladıq. Şirkətin Samir adlı əməkdaşı bildirdi ki, ev sahibi ilə görüşüb problemi həll edəcəklər.

Nahidə Mirzəyeva əlavə etdi ki, şirkətlə evin 1 kvadratmetrinin təmirini 220 manata razılaşıb. Onun yeganə istəyi mənzilində təmir işlərinin qısa zamanda yekunlaşdırılmasıdır.

Həmçinin oxuyun

Rusiyadan 50 qəpiyə alınan buğda unu marketlərdə 1 manat 71 qəpiyə satılır – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində Azərbaycana xaricdən ümumi dəyəri 2 milyon 29,9 min dollar …