Bazar ertəsi , May 20 2024
Ana səhifə / Sosial / Elçin Quliyevin mühafizəçisi jurnalisti yumruqladı – VİDEO

Elçin Quliyevin mühafizəçisi jurnalisti yumruqladı – VİDEO

Dövlət Sərhəd Xidmətinin zabiti, mayor Rövşən Cahangirov şəhid pilotların dəfn mərasimində jurnalistlərə hücum edib.

Hadisə tanınmış jurnalist, Baku.TV-nin əməkdaşı Tural Museyibov DSX-nin rəisi Elçin Quliyevdən açıqlama almaq istəyərkən baş verib.
R.Cahangirov T.Museyibovu itələyib, ərazidən uzaqlaşdırmaq istəyib, bu prosesi çəkən operatora isə yumruq atıb.Rövşən əvvəllər “Space” və “Lider” Tv-də çalışıb.
Keçmiş media əməkdaşının özünü qoçu, qolu zorlu, zorba və kobud aparması ictimai qınaqla nəticələnib.

Qeyd edək ki, Rövşən Cahangirov Müğənni Elnarə Xəlilovanın həyat yoldaşıdır.

Həmçinin oxuyun

Rusiyadan 50 qəpiyə alınan buğda unu marketlərdə 1 manat 71 qəpiyə satılır – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində Azərbaycana xaricdən ümumi dəyəri 2 milyon 29,9 min dollar …