Bazar ertəsi , May 20 2024
Ana səhifə / Sosial / Deputat bahalaşmanın səbəbini “tapdı” – toylardakı israfçılıq

Deputat bahalaşmanın səbəbini “tapdı” – toylardakı israfçılıq

Azərbaycanda ətin qiymətinin baha olmasının səbəblərindən biri də israfçılıqdır.

Bunu “Trend”ə Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Tahir Rzayev deyib.

O qeyd edib ki, Azərbaycan özünü qoyun əti ilə 100 faiz, quş əti ilə 85 faiz, mal əti ilə 92 faiz səviyyəsində təmin edə bilir.

“Ancaq burada müəyyən amillər var. Onlardan biri mən deyərdim ki, israfçılıqla bağlıdır. Biz heyvandarlıq məhsullarından qənaətlə istifadə etmirik. Ət məhsullarından ən çox istifadə edən respublikalardan biri Azərbaycandır. Burada çox ciddi israfçılıq var. Xarici ölkələrdə heyvanlar müəyyən normalar, çəkilər əsasında yetişdirilir və ondan sonra kəsimə verilir. Ancaq bizdə insanlar istəyirlər 8-10 kiloluq quzu əti yesinlər, az çəkidə olan dananın ətini yesinlər. Ona görə də körpə heyvanlar bazara çıxarılır və gündə minlərlə belə heyvan kəsilir. Ancaq bu heyvanlar müəyyən qaydada yetişdirilsə, yəni xırda buynuzlu heyvan 20-25 kilo həcmində yetişdirilib bazara çıxarılsa, sözsüz ki, burada üç qat artım olacaq”.

O qeyd edib ki, restoranlar, şadlıq sarayları da bu məhsulların istifadəsində çox ciddi israfçılığa yol verir. “Toylarda verilən ətin çoxu stolun üstündə qalır. Bir adama bir neçə növdə ət məhsulları təklif olunur, – toyuq əti, mal əti, quzu əti, kolbasa məhsulları. Bu yeməklərin çoxu stolun üstündə qalır və tullantıya çevrilir. Kimə lazımdı bu? Bunlar heyvandarlıq təsərrüfatına çox ciddi zərbədir. Belə olan halda qıtlıq yaranmalıdır, bahalaşma getməlidir. Ona görə də bunun qarşısı alınmalıdır, müəyyən standartlara uyğun heyvanlar kəsilməlidir. Belə olan halda ətin bolluğu yaranar və qiymətlər də ucuzlaşa bilər”, – deyə T.Rzayev əlavə edib.

Natiq Cəfərli: “Jurnalist ordan-burdan pul alırsa, özünü reket kimi  aparırsa...” Pravda.az

Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a mövzunu şərh edərkən qeyd etdi ki, baha olsa da, ətə tələbat varsa, bunu israfçılıq adlandırmaq doğru deyil: “Tahir Rzayevin açıqlamasında qeyri-dəqiqlik var. Azərbaycan özünü quzu və qoyun əti ilə 100 faiz təmin etmir. Rəsmi statistika da bunu sübut edir ki, biz Rusiya və Gürcüstandan xırdabuynuzlu heyvan alırıq. Hətta Rusiyadan diri heyvan alışı ötən illərlə müqayisədə bir neçə dəfə artıb. Azərbaycanın yerli tələbatı tamamilə ödəməməsi qiymətlərin baha olmasına təsir edən amillərdəndir. Digər tərəfdən, yemin qiyməti, örüş yerlərinin azlığı və s. təsiredici amillər var”. 

Boşanmaların sayı bir az da artacaq" - Əhməd Qəşəmoğlu

Əhməd Qəşəmoğlu

Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, insanlara birdən-birə qadağa qoymaq olmaz. Onun fikrincə, tələbat olduğu müddətdə hər kəs istədiyi məhsulu əldə edəcək: “Əgər insanlar istəyirlərsə, baha olsa da, quzu ətini tapacaqlar. O ki qaldı israfçılığa, illərdir bu barədə danışırıq, təkliflər veririk, amma  faydası yoxdur. Elə məsələlər var ki, onları tənzimləmək lazımdır. Yeni modellər qurmaq lazımdır. Toyun fəlsəfəsi budur ki, iki gəncin xoş günü şən keçsin, yaddaqalan olsun. Azərbaycanda toy keçirilən zaman gənclər unudulur, məclisdən sui-istifadə etmək istəyənlər sanki yarışa girirlər. Şadlıq sarayları bazar açıblar. Əvvəllər toya sırf yemək üçün gəlmirdilər. Hazırda isə işbazlar toy sahiblərindən nə qədər pul qazana biləcəklərini düşünürlər. Toy ərəfəsində böyük məbləğdə borc götürən valideynlər uzun müddət borcu necə ödəyəcəklərini düşünürlər. Toylarımızda həddən artıq israfçılıq var. İllər əvvəl Çindən qonaqlarımız gəlmişdi. Süfrədə xeyli ət qalmışdı, onlar qalanları toplayıb sonra yeməyi düşünürdülər. Soruşdu ki, bu qədər yeməyi niyə atırsınız? Düşünürəm ki, problemin həlli üçün toyların, yasların sosial bəla olmağının qarşısı alınmalıdır.  Elmi mərkəzlər bununla məşğul olmalıdır. Biz anlamalıyıq ki, zaman dəyişir. Maddi vəziyyət imkan vermirsə, yeni model yaratmaq lazımdır. Əhalinin güzəranını yaxşılaşdırmaq üçün bu kimi məsələləri tənzimləmək lazımdır”.

Bu məsələlərlə bağlı ciddi təhlillər aparılsın" - AYDIN HÜSEYNOV

Aydın Hüseynov

Bu yaxınlarda MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Aydın Hüseynov da bununla bağlı çıxışında təklif edib ki, toylarda sifariş olunan ərzaqlarla bağlı normalar tətbiq olunsun. O qeyd edib ki, toylarımızda, məclislərimizdə ərzaqla bağlı normalar olmalıdır: “Yəni mən bu qədər vəsait, pul verirəm və istədiyim qədər ət məhsulları, çörək və s. sifariş edə bilərəm. Çünki istehlak səbətimiz var. İstehlak səbətinə daxil olan məhsulların kalori normaları var. Ona görə də lap elə restoranlarda sifariş verilərkən kim nə qədər vəsait verəcək, o qədər yox, hər bir nəfər üçün müəyyən normalar müəyyənləşməlidir. Biz bu sahədə qənaət yaratmaqla elə bolluq yaratmış olarıq”.

Həmçinin oxuyun

“Belarus Qarabağda 420 ailəlik yaşayış məntəqəsi tikəcək”

“Belarus Qarabağda 420 ailəlik yaşayış məntəqəsi inşa etməyi planlaşdırır”. “Qafqazinfo” “Belta”ya istinadən xəbər verir ki, …