"Çox vaxt qadınlar ilk uşaqdan sonra aliment almaq üçün boşanır"
Çox vaxt qadınlar məqsədli şəkildə ilk uşaq dünyaya gələndən sonra aliment almaq üçün boşanır.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.
Deputat bildirib ki, Azərbaycanda nikahların və boşanmaların vəziyyəti ürəkaçan deyil: "Acınacaqlı durum var. 2025-ci ilin 9 ayı ərzində 40 min nikahdan 17 mini boşanma ilə nəticələnib. Ən dəhşətlisi budur ki, son 9 ayda Bakıda bütün qeydə alınmış nikahların 56%-i boşanma ilə nəticələnib. Yəni 100 nəfər evlənən olubsa, onun 56-sı boşanıb. Bu, olduqca ciddi məsələdir. Ağırlığı kişinin üzərinə qoyub aliment kəsirlər. Çox vaxt qadınlar məqsədli şəkildə ilk uşaq dünyaya gələndən sonra aliment almaq üçün boşanırlar. Mediasiya Şurasına səlahiyyət verməliyik ki, məhkəməyə bu qadınların və ya kişilərin niyyəti ilə bağlı rəy versinlər və aliment kəsilməsi məsələsində ədalətli davransınlar. Çünki bir çox halda ailənin dağılmasının səbəbkarını ayırd etmək olmur”. APA