Şənbə , May 11 2024
Ana səhifə / Sosial / Cocuq Mərcanlının telekommunikasiya infrastrukturu genişləndirildi

Cocuq Mərcanlının telekommunikasiya infrastrukturu genişləndirildi

Cocuq Mərcanlı kəndində tikilmiş yeni evlər stasionar telefon xidməti ilə təmin olunub.

Bunu Trend-ə Cəbrayıl rayonu İcra Hakimiyyətinin başçısı Kamal Həsənov deyib.

Onun sözlərinə görə, telefon rabitəsi yaxın zamanlarda evlərdə işə salınacaq.

Kənd ərazisində telekommunikasiya infrastrukturunun yaradılması üzrə əsas işlər başa çatdırılıb.

K.Həsənov bildirib ki, kənddə internet və mobil rabitə xidmətləri də təşkil edilib.

Qeyd edək ki, Cocuq Mərcanlıda kabel-kanalizasiya qurğuları, lokal şəbəkə infrastrukturu yaradılıb, ATS işə salınıb. Kənd ərazisində 10 kilometrə yaxın optik xətt çəkilib.

Həmçinin oxuyun

70 min sakini olan qəsəbədə səki yox imiş: Bələdiyyə sədri

Abşeron rayonu Saray qəsəbəsində yol kənarında piyadalar üçün səkilər çox azdır. Belə ki, qəsəbənin əsas …