Bu ilin sonunadək Xocalıya daha 400 ailə qayıdacaq
Hazırda Xocalı şəhəri də daxil olmaqla 3 yaşayış məntəqəsinə - Ballıca, Təzəbinə və Xanyurdu kəndlərinə ümumilikdə 1433 nəfərdən ibarət 327 ailə köç edib. Bu ilin sonunadək Xocalıya daha 400 ailə də qayıdacaq.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, III Şuşa Qlobal Media Forumu iştirakçıları ilə Xocalıda keçirilən görüşündə deyib.
Xatırladaq ki, iyulun 19-da Xankəndidə “Rəqəmsal Keçidlər: Süni intellekt dövründə informasiya və medianın dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumu iyulun 21-də Şuşada davam edəcək.Forumda 52 ölkədən 140-a yaxın xarici nümayəndə iştirak edir. Onların arasında 30-dan artıq informasiya agentliyinin, 7 beynəlxalq təşkilatın, 80-ə yaxın media qurumunun, həmçinin bu sahə üzrə fəaliyyət göstərən digər qurumların təmsilçiləri yer alıb.