Bu ilin ilk yarısında Azərbaycana xaricdən 42,76 kiloqram sikkə gətirilib.
Ölkəyə daxil olan sikkələrin 18,66 kiloqramı Almaniyadan, 24,09 kiloqramı isə Türkiyədən gətirilib.
Qeyd edək ki, Almaniyadan gətirilən sikkələrin ümumi gömrük dəyəri 70,8 min dollar olub. Bu isə o deməkdir ki, Almaniyadan gətirilən 1 qram sikkənin orta gömrük dəyəri 3,8 dollar (6,5 manat) olub.
Türkiyədən gətirilən sikkə üçün isə 2 milyon 677,79 min dollar ödənilib. Nəticədə Türkiyədən gətirilən 1 qram sikkənin orta gömrük dəyəri 111,2 dollar (189 manat) olub.