Sosial şəbəkədə biz:

“Təmiz Şəhər”in çirkli əməli? – 250 milyon manat hara gedib?

“Təmiz Şəhər”in çirkli əməli? – 250 milyon manat hara gedib?
Xəbər Şəkli
24 August 2026, 14:57
İqtisadiyyat

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan “Təmiz Şəhər” ASC 2025-ci ili 5,666 milyon manat xalis zərərlə başa vurub – bu, 2024-cü illə müqayisədə 3,4 dəfə çoxdur. Qurumun yığılmış zərəri 249 milyon manata çatıb”.

Bunu iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, bu ASC tullantıların idarə edilməsi ilə məşğuldur və ziyanla işləyir:

“Dünyanın bir çox ölkəsində “zibil biznesi” ən karlı bizneslərdən sayılır, hətta, İtaliyada “mafiya” bu işlə məşğul olmaq üçün bir-birini sıradan çıxardırdı.

Yaxşı, bu sahəni də batırdız, ziyan, özü də xalis ziyan milyardın dördə-birinə çatıb.

Natiq Cəfərli

Səbəblərini araşdıran olubmu?! Xərclərmi şişirdilir?! Əgər belə ASC-lərlə alınmırsa, sivil dünyanın getdiyi yolla gedək – Böyük Şəhər Bələdiyyələri yaradaq, mer seçək, şəhər hökuməti formalaşdıraq, onlar da hesabatlı şəkildə şəhər təsərrüfatı, o cümlədən tullantılarla məşğul olsunlar, bu xidməti ya özləri həyata keçirsinlər, ya da yaxşı şərtlərlə özəl şirkətlərə devr edib, heç olmasa, ziyanla işləməsinlər. “Təmiz Şəhər” ASC 250 mln. manatlıq ziyanı bağlayacaqmı?! Təbii ki, yox, günü birində bu ziyan silinəcək, məsuliyyət daşıyan da olmayacaq”.