Sosial şəbəkədə biz:

İndiyədək Laçın rayonunda neçə nəfər məskunlaşıb? - DEPUTAT

İndiyədək Laçın rayonunda neçə nəfər məskunlaşıb? - DEPUTAT
Xəbər Şəkli
21 August 2026, 10:41
Sosial

Avqust Azərbaycan tarixinə həmçinin Laçının işğaldan azad olunduğu ay kimi daxil olub. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Vətən müharibəsində əldə etdiyimiz şanlı zəfərdən sonra, 2020-ci ilin dekabrın 1-də Laçın rayonu, 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana təhvil verildi. Cənab Prezidentin imzaladığı sərəncama əsasən, 26 Avqust Laçın şəhəri günü kimi qeyd edilir.

İşğaldan azad olunandan sonra Laçın rayonu bərpa və yenidənqurma mərhələsinə qədəm qoydu. Qısa müddətdə Laçında məskunlaşma prosesinə start verildi. Öz ata-baba yurdlarından uzun müddət kənarda qalan Laçınlılar mərhələli şəkildə öz doğma və tarixi yurdlarına qayıdırlar.

İndiyədək Laçın rayonunda neçə nəfər məskunlaşıb?

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuzun əldə etdiyi zəfərdən sonra Laçın rayonunda 979 ailə məskunlaşıb. Bu 3665 nəfərin öz ata-baba yurdlarına qayıtması deməkdir. 614 ailə (2264 nəfər) Laçın şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) rayonun Sus kəndində və 89 ailə (363 nəfər) isə Bəylik kəndində məskunlaşıb.

Böyük Qayıdış Proqramına əsasən, Laçın rayonunda məskunlaşma davam etdirilir. İşğal nəticəsində dağıdılan və baxımsız şəhərə dönən Laçın artıq regionun əsas mərkəzlərindən birinə çevrilməkdədir.

Vüqar Bayramov, millət vəkili