Bazar ertəsi , May 20 2024
Ana səhifə / Sosial / Binəqədidə baş vermiş partlayış nəticəsində ölənlərin sayı artdı – Rəsmi

Binəqədidə baş vermiş partlayış nəticəsində ölənlərin sayı artdı – Rəsmi

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən mebel sexində yanvarın 15-də baş verən partlayış-yanğında ölənlərin sayı artıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, hadisə zamanı xəsarət alan 1996-cı il təvəllüdlü Rüstəmov Adil Aydın oğlu göstərilən tibbi yardımlara baxmayaraq yanvarın 20də müalicə aldığı xəstəxanada ölüb.
Bununla da hadisə nəticəsində həyatını itirənlərin sayı 10 çatıb.
Hazırda zəruri tibbi yardımlar göstərilməklə yaralanan digər şəxslərin müalicəsi davam etdirilir.
Qeyd edilir ki, yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayışla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Həmçinin oxuyun

“Belarus Qarabağda 420 ailəlik yaşayış məntəqəsi tikəcək”

“Belarus Qarabağda 420 ailəlik yaşayış məntəqəsi inşa etməyi planlaşdırır”. “Qafqazinfo” “Belta”ya istinadən xəbər verir ki, …