Cümə axşamı , May 30 2024
Ana səhifə / Sosial / Bazarlarda satılan turşular təhlükəlidirmi? – VİDEO

Bazarlarda satılan turşular təhlükəlidirmi? – VİDEO

Düzgün hazırlanmayan turşular zəhərlənməyə, bəzən də ölümə gətirib çıxarır.

Qış mövsümündə turşuya olan təlabatın artması bəzən müəyyən fəsadlarla müşaiyət olunur.

Bəs alıcılar turşu alarkən nələrə diqqət edirlər?

Satıcılar deyir ki, onlar satdıqları turşuların təhlükəsizliyinə zəmanət verirlər. Onların sözünə görə, meyvə-tərəvəzlərdən düzəldilən bu bağlamalar sterilizə olunmuş şəraitdə hazırlanır.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxlanılıb.

Qurumdan verilən məlumata görə, Agentlik tərəfindən mütəmadi olaraq qida zənciri boyunca fəaliyyət göstərən sahibkarlıq subyektlərində yoxlama nəzarət tədbirləri həyata keçirilir.

Vətəndaşlardan xahiş edilir ki, konservləşdirilmiş məhsul alarkən onun istehsal və son istifadə tarixlərinə, etiket məlumatlarına, qabın səthində nöqsanların olub-olmamasına diqqət etsinlər.

Xezerxeber.az-ın mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:

Həmçinin oxuyun

Azərbaycanda çörəyin qiyməti bahalaşacaq? – AÇIQLAMA 

Xəbər verdiyimiz kimi, Azərbaycanda un bahalaşıb. Belə ki, aprel ayında 50 kiloqramlıq unun qiyməti 25 …