Bazar ertəsi , May 20 2024
Ana səhifə / Sosial / Bakıda qanunsuz tikilən dörd evin uçma təhlükəsi var – VİDEO

Bakıda qanunsuz tikilən dörd evin uçma təhlükəsi var – VİDEO

Bakının Xətai rayonunda yerləşən Zeytun küçəsinin sakinləri təhlükə ilə üz-üzədir. Kanalizasiya xəttinin üzərindəki beton təbəqənin aşınması nəticəsində bir neçə evin qarşısında olan torpaq qatı çöküb.

Ərazidə yaşayan sakinlər bildiriblər ki, kanalizasiya xətlərinin üzərindəki dəmir-beton təbəqə aşınıb. Bu səbəbdən də torpaq çöküb.

Sakinlərin sözlərinə görə, “Azərsu” ASC-nin əməkdaşları əraziyə baxış keçiriblər, kanalizasiya borusunun keçdiyi yer qazılıb, amma iki aya yaxındır ki, problem həllini tapmayıb.

Torpaq çökdüyü üçün qaz borusu da yararsız vəziyyətə düşüb. Hətta evlərin bir neçəsinin divarında çatlar əmələ gəlib. Kanalizasiya xətinin bərpası üçün bir neçə evin həyətində qazıntılar da aparılıb, lakin bütün işlər yarımçıq qalıb.

Məsələ ilə bağlı “Azərsu” ASC-dən bildirilib ki, ərazidən Xətai rayonunun ən böyük kollektorlarından olan Günəşli kollektoru keçir. Boru 1990-cı ildə çəkilib və istismar müddətini başa vurub. Onun dəyişdirilməsi isə mümkün deyil. Çünki üzərində qanunsuz evlər tikilib. Xüsusilə dörd ev təhlükə altındadır. 

Bir sözlə, dörd ev sökülməsə, kanalizasiya borusu təmir edilə və ya dəyişdirilə bilməz. Sürətlə axan çirkab suları da torpağın aşınıb çökməsinə, evlərin uçmasına səbəb ola bilər.

Həmçinin oxuyun

“Belarus Qarabağda 420 ailəlik yaşayış məntəqəsi tikəcək”

“Belarus Qarabağda 420 ailəlik yaşayış məntəqəsi inşa etməyi planlaşdırır”. “Qafqazinfo” “Belta”ya istinadən xəbər verir ki, …