Şənbə , May 18 2024
Ana səhifə / Sosial / Bakıda direktor müəllimlərə 8 Mart hədiyyəsini belə qadağan etdi – FOTO

Bakıda direktor müəllimlərə 8 Mart hədiyyəsini belə qadağan etdi – FOTO

Bakıdakı 48 nömrəli tam orta məktəbin direktoru Aynurə Bağırova tərəfindən qarşıdan gələn 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə maraqlı addım atılıb.

Direktor bayram öncəsi müəllimlərin nüfuzunun qorunması üçün onlara hər hansı formada hədiyənin verilməsinin qadağan olunduğuna dair yazılı bildiriş yayıb.  

Bildirişdə vurğulanır ki, müəllimin nüfuzunun yüksək tutulması, məktəb və cəmiyyətdə müəllim adına etimadın qorunması və qeyd edilən bütün məsələlərin tələblərə müvafiq şəkildə icrası məqsədilə hər bir müəllim etik davranış qaydalarına əməl etməyə borcludur:

“Qeyd edilənləri nəzərə alaraq, 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə valideynlər və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada hədiyələrin verilməsi həmişə olduğu kimi qəti şəkildə qadağan edilir”.


“Cebhe.info”

Bizi Telegramda izləyin

Həmçinin oxuyun

Pensiya və müavinətlər nə qədər artacaq?

Minimum əməkhaqqının, maaş və məvaciblərin artırılması ilə bağlı məsələlər gündəmdədir. Hazırda bu məsələlərlə bağlı müzakirələr …