Ana səhifə / Sosial / Bakıda bacılara valideynləri tərəfindən işgəncə verilib – FOTOLAR

Bakıda bacılara valideynləri tərəfindən işgəncə verilib – FOTOLAR

Bakıda azyaşlı bacılar valideynləri tərəfindən zorakılığa məruz qalıblar.

Bu barədə Bizim.media-ya “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib.

Onun sözlərinə görə Xətai rayonunda yaşayan azyaşlı qızlar həm ana, həm də ataları tərəfindən şiddətə məruz qalıblar:

“Qızlar ötən gün Sosial Xidmətlər Agentliyinin əməkdaşları və polislərin iştirakı ilə sığınacağımıza yerləşdiriliblər. Biri 9, digər 5 yaşında olan normal uşaqdırlar. Zorakılığın səbəbi ilə bağlı Sosial Xidmətlər Agentliyi hazırda qiymətləndirmə aparır.

Ola bilsin ki, valideynlərin psixi durumu yerində deyil. Ailədə 6 aylıq daha bir körpə var”.

Mehriban Zeynalova qeyd edib ki, sığınacağa yeni yerləşdirilən azyaşlıların hər ikisi tibbi müayinədən keçirilib:

“Bacılarla hazırda psixoloqlar işləyirlər. Onların bir neçə tibbi müayinəsi keçiriləcək”. 

Həmçinin oxuyun

Pensiya və müavinətlər nə qədər artacaq?

Minimum əməkhaqqının, maaş və məvaciblərin artırılması ilə bağlı məsələlər gündəmdədir. Hazırda bu məsələlərlə bağlı müzakirələr …