Ana səhifə / Sosial / Azərbaycandan başqa ölkələrə göndərilən yardımlar 5 dəfə azalıb

Azərbaycandan başqa ölkələrə göndərilən yardımlar 5 dəfə azalıb

Bu ilin ilk 2 ayı ərzində Azərbaycandan xarici ölkələrə 2 milyon 659,5 min dollar dəyərində humanitar yük, təmənnasız kömək və texniki yardım göndərilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, xaricə göndərilən humanitar yük, təmənnasız kömək və texniki yardımlar ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfə azalıb. Belə ki, ötən ilin ilk 2 ayında Azərbaycandan xarici ölkələrə 13 milyon 770 min dollar dəyərində humanitar yük, təmənnasız kömək və texniki yardım göndərilib.
Onu da bildirək ki, bu ilin ilk 2 ayında xaricdən Azərbaycana göndərilən humanitar yük, təmənnasız kömək və texniki yardım da ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.
Əgər 2023-cü ilin ilk 2 ayında Azərbaycanda xaricdən 14 milyon 724 min dollar humanitar yük, təmənnasız kömək və texniki yardım daxil olubsa, bu ilin eyni dövründə bu göstərici 5 milyon 539,7 min dollara düşüb.

Həmçinin oxuyun

“Keşlə bazarını söksələr, yüzlərlə insan işsiz qala bilər”

30 ilə yaxındır fəaliyyət göstərən Keşlə bazarı sökülmək təhlükəsi ilə üz-üzə qalıb. Bakının Baş planında …