Şənbə , May 11 2024
Ana səhifə / Sosial / Azərbaycanda 272 min insan ehtiyaclarını qarşılaya bilmir

Azərbaycanda 272 min insan ehtiyaclarını qarşılaya bilmir

Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 64 min aztəminatlı ailənin 272,3 min üzvü ünvanlı dövlət sosial yardım alıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə aztəminatlı ailələrin sayı azalıb.
Belə ki, son bir ildə aztəminatlı ailələrin sayı 1,5 min, ünvanlı dövlət sosial yardım alan şəxslərin sayı isə 18,5 min nəfər azalıb.
Məlumat üçün qeyd edək ki, ünvanlı dövlət sosial yardım aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə aztəminatlı ailə hesab olunur.
Onu da bildirək ki, 2023-cü ildə ehtiyac meyarı 246 manat olub. Bu isə o deməkdir ki, ən azı 272,3 min insanın aylıq gəliri 246 manatdan aşağı olub.

Həmçinin oxuyun

70 min sakini olan qəsəbədə səki yox imiş: Bələdiyyə sədri

Abşeron rayonu Saray qəsəbəsində yol kənarında piyadalar üçün səkilər çox azdır. Belə ki, qəsəbənin əsas …