Ana səhifə / Sosial / ATƏT-in Yerevan ofisi fəaliyyətini dayandırıb

ATƏT-in Yerevan ofisi fəaliyyətini dayandırıb

ATƏT-in Yerevandakı ofisinin fəaliyyəti dayandırılıb. Ermənistan XİN isə hələlik ATƏT-in Yerevan ofisinin bağlanması ilə bağlı vəziyyətə şərh verməkdən imtina edib.

Hələlik ATƏT-lə Ermənistan arasında Yerevan ofisinin fəaliyyətinin davam etdirilməsinə dair konsensus əldə olunmayıb. Ofisin fəaliyyəti ATƏT-in Yerevan ofisinin mandatının uzadılmasına dair konsensus əldə olunana qədər bir müddət “havadan asılı qalacaq”. Analoji situasiya ATƏT-in Özbəkistan və Qırğızıstandakı ofisləri ətrafında da yaranıb. Mövcud praktikaya görə, milli ofislərin fəaliyyət mandatının uzadılması hər il iştirakçı ölkə ilə ATƏT arasında əldə olunan konsensusla tənzimlənir. Xatırladaq ki, ATƏT-in Yerevan ofisi bu təşkilatın son vaxtlara qədər regionda yeganə tamhüquqlu ofisi idi. ATƏT-in Bakı ofisinin fəaliyyəti 2015-ci ildə dayanıb.

 

Həmçinin oxuyun

TƏBİB sədri həkimlərin maaşından danışdı – Video

Baku TV-də yayımlanan “Rəsmi cavab” verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı …

Bir cavab yazın