Çərşənbə , May 8 2024
Ana səhifə / Sosial / “7 rayon Azәrbaycana qaytarılmalıdır” – Ceyms Uorlik

“7 rayon Azәrbaycana qaytarılmalıdır” – Ceyms Uorlik

“Mәn daha әvvәl Karnegi Fondunda çıxışım zamanı da bildirmişdim ki, hәrtәrəfli hәllin bir hissәsi kimi Dağlıq Qarabağ әtrafındakı 7 rayon Azәrbaycanın nәzarәtinә qaytarılmalıdır”.

Azinforum.az xəbər verir ki, bunu APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan son səfərindən sonra Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun qaytarılmasının gündəmə gəlməsi barədə məlumatlara münasibət bildirərkən deyib.
C. Uorlik bildirib ki, hәllin digәr vacib elementi Dağlıq Qarabağın statusunun müәyyәnlәşdirilməsi olacaq.
“Bu elementlәri özündә birlәşdirәn hәllә çatmaq üçün siyasi iradә tapmaq prezidentlәr üçün çox vacibdir”, – deyə C. Uorlik vurğulayıb.

Həmçinin oxuyun

Bu şəxslərə ŞAD XƏBƏR: pensiyaya tez çıxacaqlar – Sabiq nazir izah edir

Prezident İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər ictimaiyyətdə diqqət çəkib. Dəyişikliklərin mahiyyətini tam …

Bir cavab yazın