Çərşənbə , May 8 2024
Ana səhifə / Sosial / 37 yaşlı kişi ilə nişanlanmış 13 yaşlı qız ailəsindən alınıb

37 yaşlı kişi ilə nişanlanmış 13 yaşlı qız ailəsindən alınıb

Bakıda 37 yaşlı boşanmış qohumu ilə istəmədən nişanlanmış 13 yaşlı qız ailəsindən alınıb və dövlətin himayəsindədir.

Qızcığaz və kiçik bacısı ötən gündən etibarən Sosial Xidmət Agentliyinin Reablitasiya Mərkəzinə yerləşdiriliblər.

Məlumata görə, anaları indiyə kimi onlarla maraqlanmayıb.

Sığınacağın şöbə müdiri Gülnaz Məmmədovanın sözlərinə görə, uşaqlar istəyərlərsə anaları ilə sığınacaqda birlikdə qalmaları təşkil oluna bilər.

Hazırda uşaqlar Reabilitasiya Mərkəzinin mütəxəssislərinin nəzarətindədirlər. Onlar müəssisəyə yerləşdirildikdən sonra bir neçə müayinədən keçiblər.

Şöbə müdiri əlavə edib ki, qızlar müəssisədə 180 gün müddətində qala bilərlər. Amma ehtiyac olacağı təqdirdə bu müddət uzadıla bilər.

Ətraflı videomaterialı təqdim edirik:

Həmçinin oxuyun

“Baku Electronics” satdığı keyfiyyətsiz malı dəyişdirməyib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəqəmsal və məişət texnikasının satışı …