Ana səhifə / Siyasət / Səlim Müslümovdan daha bir təyinat

Səlim Müslümovdan daha bir təyinat

Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov daha bir kadr dəyişikliyi edib.

Mia.az-a daxil olan məlumata görə, nazir Sumqayıt Şəhər Məşğulluq Mərkəzinə yeni direktor təyin edib.

Nazirin əmri ilə ƏƏSMN yanında DSMF-nun Sumqayıt şəhər şöbəsinin gəlirlər sektortunda məsləhətçi vəzifəsində çalışan Elxan Bədəlov Məşğulluq Mərkəzinə direktor təyin olunub. Bu gün E.Bədəlov kollektivə təqdim olunub.

Onu da nəzərə çatdıraq ki, E.Bədəlovun Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun qohumu olduğu bildirilir.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …

Bir cavab yazın