Ana səhifə / Siyasət / Səfirimiz Hindistan Prezidentinə etimadnaməsini təqdim edib

Səfirimiz Hindistan Prezidentinə etimadnaməsini təqdim edib

Azərbaycanın Hindistandakı səfiri Elçin Hüseynli Hindistan Prezidenti Draupadi Murmaya etimadnamə təqdim edib.

Səfir bu barədə öz “X” hesabında paylaşım edib.

“Bu gün Hindistanın möhtərəm prezidenti Draupadi Murmaya etimadnamə məktubunu təqdim etmək şərəfinə nail oldum. Azərbaycanın Hindistandakı səfiri kimi ölkəmə xidmət etməkdən və qarşılıqlı əlaqələrin inkişafı üzərində çalışmaqdan şərəf duyuram!”, – deyə Elçin Hüseynli paylaşımda qeyd edib.

Həmçinin oxuyun

Müsavatın dialoqda iştirakına etiraz: Vəfa Cümşüdlü partiyadan istefa verdi

Müsavat Partiyasının keçmiş Divan üzvü və sabiq Qadınlar Təşkilatının sədri Vəfa Cümşüdlü partiyadan istefa verib. …