Çərşənbə , May 8 2024
Ana səhifə / Siyasət / Ramil Usubovdan yeni rəis təyinatı

Ramil Usubovdan yeni rəis təyinatı

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi həyata keçirilib.

Azvision.az-ın məlumatına görə, tutduğu vəzifədən azad edilən Zəngilan Rayon Polis Şöbəsinin rəisi Səyyəddin Səfərovun yerinə yeni təyinat olub.

Belə ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən Astara Rayon Polis Şöbəsinin rəis müavini Ənvər Həsənov Zəngilan Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Ənvər Həsənov əslən Zəngilan rayonundandır.

Həmçinin oxuyun

ABŞ səfiri məhbus ailələri ilə görüşdü

Mayın 7-də ABŞ-nin Azərbaycandakı səfir Mark Libbi həbsdə olan vətəndaş cəmiyyəti nümayəndələrinin ailə üzvləri ilə …

Bir cavab yazın