Ana səhifə / Siyasət / Küləyin dənizə atdığı budka tapıldı

Küləyin dənizə atdığı budka tapıldı

SOCAR N.Nərimanov adına NQÇİ-dəki hadisə zamanı küləyin uçurduğu yaşayış budkasının suyun dibində tapılması barədə açıqlama yayıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, dekabrın 15-də güclü külək nəticəsində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş hadisədə itkin düşmüş neftçilərin axtarış işləri davam etdirilir. Bu gün axtarış işlərinə əlavə dalğıc gəmiləri cəlb olunmuş, vertalyot və gəmilərin sayı artırılıb. Hadisə baş verən ərazidə suyun dibində küləyin uçurduğu yaşayış budkası aşkar edilmiş, dalğıclar onun içərisinə daxil olaraq müşahidə aparıblar.

Hadisə zamanı itkin düşən neftçilərdən hec biri yaşayış budkasında olmayıb. Hazırda budkanın sudan çıxarılaraq gəmiyə qaldırılması prosesi davam edir.

Həmçinin oxuyun

“STOKHOLM SİNDROMU” VƏ YAXUD PAŞİNYAN ÜÇÜN UVERTÜRA

Musiqisi: Nikol.P Söz: Etibar Hüseynov Tək kriminal deyil, elə bir sıra siyasi mövzularda da ara-sıra …

Bir cavab yazın