Çərşənbə , May 15 2024
Ana səhifə / Siyasət / Komitə sədrinin müavininə vəzifə verildi – Səyyad Salahlı yeni quruma da rəhbərlik edəcək

Komitə sədrinin müavininə vəzifə verildi – Səyyad Salahlı yeni quruma da rəhbərlik edəcək

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 2016-cı il 3 fevral tarixli Fərmanına uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb, onların tərkibi təsdiq edilib.

Mia.az DQİDK-yə istinadən xəbər verir ki, Şuraya Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı sədr təyin olunub.

Altı nəfərdən ibarət Apellyasiya Şurasına Dövlət Komitəsinin mərkəzi aparatına daxil olan şöbələrin müdirləri, katibliyə isə Komitənin məsul əməkdaşları daxildir.

Qeyd edək ki, Apellyasiya Şurası Bakı şəhəri Əhməd Cavad 12 ünvanında – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin inzibati binasında fəaliyyət göstərəcək.

 

Həmçinin oxuyun

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri görüşəcəklər

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan mayın 16-da Cenevrədə görüşəcəklər. AzVision.az “Sputnik …

Bir cavab yazın