Çərşənbə , May 15 2024
Ana səhifə / Siyasət / “Hadrutdakı təxribat göstərdi ki, rus sülhməramlıları…”- Sərdar Cəlaloğlu

“Hadrutdakı təxribat göstərdi ki, rus sülhməramlıları…”- Sərdar Cəlaloğlu

Xəbər verdiyimiz kimi, Hadrutda ermənilər Azərbaycan hərbçilərinə qarşı təxribat törədib. Nəticədə də bir əsgərimiz yaralanıb.

Bunu “Konkret.az”-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

“Nə qədər ki, Dağlıq Qarabağ ərazisində qanunsuz erməni silahlı qüvvələri var, bu insidentlər olacaq: “Rusiya sülhməramlıları da bu insidentlərin qarşını ala bilməyəcək. Çünki noyabrın 10-da imzalanmış bəyanatda silahsızlaşdırma məsələsi nəzərdə tutulmayıb. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidirsə, orada hər hansı bir erməni silahlı qüvvələri ola və yaxud da saxlanıla bilməz. Ermənilərin əlində silah olduğu müddətcə bu cür insidentlər davam edəcək. Biz Azərbaycan dövləti olaraq ermənilərin silahsızlaşdırılması məsələsini qaldırmalıyıq”.

Partiya sədri vurğulayıb ki, Türkiyə sülhməramlılarının Qarabağda olması vacibdir: “Əgər olmasa, qəbul edilmiş bəyanatın icrasına nəzarət etmək çətinləşəcək. Biz əvvəlcədən demişdik ki, Qarabağ ərazisindən kənarda müşahidə məntəqələrinin yaradılmasının heç bir mənası və effekti yoxdur. Hadrutda baş verən təxribat da bunu bir daha sübut etdi. Düşünürəm ki, Türkiyə sülhməramlılarının Qarabağda olması vacibdir. Ordumuz da ayıq-sayıq olmalıdır. Çünki ermənilərdən hər cür şərəfsizlik gözləmək olar”.

Həmçinin oxuyun

Etibar Məmmədov deputatlığa namizəd olacaq? – Açıqlama 

“Parlament seçkilərinin zamanında, yaxud növbədənkənar keçirilməsindən asılı olmayaraq, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bu seçkilərdə …