Çərşənbə , May 15 2024
Ana səhifə / Siyasət / Dərbənddə Rusiya sərhədçisi öldürüldü: 11 yaralı

Dərbənddə Rusiya sərhədçisi öldürüldü: 11 yaralı

Dekabrın 30-na keçən gecə Dağıstanın Dərbənd şəhərində naməlum şəxslər qədim Narınqalanı ziyarət edən bir qrup şəxsə atəş açıb.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, nəticədə 1 nəfər ölüb, 11 nəfər yaralanıb.

Hüquq-mühafizə orqanları qalanın meşə massivi istiqamətindən atəşə tutulduğunu bildiriblər. TASS agentliyi atəşə tutulanların turistlər yox, hərbçilər olduğu barədə xəbər yayıb. Ölən şəxs sərhədçidir.

Faktla əlaqədar cinayət işi açılıb. Dağıstan prezidenti Ramazan Abdulatipov bildirib ki, atəş açanlar qanunsuz silahlı dəstənin üzvləri olub. O, söz verib ki, Dağıstan hakimiyyəti günahkarların tapılıb məsuliyyətə cəlb edilməsi üçün bütün qüvvəsini səfərbər edəcək.

Həmçinin oxuyun

Etibar Məmmədov deputatlığa namizəd olacaq? – Açıqlama 

“Parlament seçkilərinin zamanında, yaxud növbədənkənar keçirilməsindən asılı olmayaraq, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bu seçkilərdə …

Bir cavab yazın