Bazar ertəsi , May 20 2024
Ana səhifə / Siyasət / Deputat Həsən Nəbiyev mandatından imtina edib

Deputat Həsən Nəbiyev mandatından imtina edib

Rusiyanın Volqoqrad vilayət Dumasının Azərbaycan əsilli deputatı Həsən Nəbiyev mandatından imtina edib. 

Rusiya KİV-ləri xəbər verir ki, son vaxtlar qalmaqallı fikirləri ilə gündəmə gələn H.Nəbiyev həm də “Vahid Rusiya” partiyasından kənarlaşdırılıb.Qeyd edək ki, azərbaycanlı Həsən Nəbiyev təqaüdçüləri təhqir edərək, bildirmişdi ki, 8 min rubla qədər pensiya alan insanlar müftəxor və əyyaşdırlar. Onun fikrincə, təqaüdçülər vaxtında çox işləsəydilər, çoxlu da pensiya alardılar.

Nəbiyevin məlum çıxışı etirazlara səbəb olub, barəsində sərt fikirlər səsləndirilib. Nəticədə, o, bu gün deputat mandatını itirməli oldu. (Azvision.az)

Həmçinin oxuyun

“Bu xəbər bizi ciddi şəkildə narahat etdi” – İlham Əliyev

Prezident İlham Əliyev iranlı həmkarı İbrahim Rəisi və onun nümayəndə heyətini daşıyan helikopterin qəza enişi …