Ana səhifə / Siyasət / Bu gün Əfv Komissiyasının sonuncu iclası keçiriləcək

Bu gün Əfv Komissiyasının sonuncu iclası keçiriləcək

“Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək”.
Bunu azvision.az-a açıqlamasında komissiyanın üzvü Rəşad Məcid bildirib.
Onun sözlərinə görə, bu gün keçiriləcək iclasda 100 məhkumun müraciətinə baxılacaq: “Ümumilikdə komissyaya baxılması üçün 400 müraciət daxil olub. Onlardan 300-ə artıq baxılıb. Bu gün keçiriləcək sonuncu iclasda 100 məhkumun müraciətinə baxılacaq”.
R.Məcid bildirib ki, komissiyaya daxil olan bütün müraciətlərə baxıldıqdan sonra tövsiyə xarakterli qərar hazırlanaraq ölkə başçısına təqdim olunacaq.
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının yeni tərkibinin ilk iclası martın 1-də keçirilib.

Həmçinin oxuyun

Müsavatın dialoqda iştirakına etiraz: Vəfa Cümşüdlü partiyadan istefa verdi

Müsavat Partiyasının keçmiş Divan üzvü və sabiq Qadınlar Təşkilatının sədri Vəfa Cümşüdlü partiyadan istefa verib. …

Bir cavab yazın