Bazar ertəsi , May 20 2024
Ana səhifə / Siyasət / Azərbaycanla İran arasında Anlaşma Memorandumu təsdiq edilib – FƏRMAN

Azərbaycanla İran arasında Anlaşma Memorandumu təsdiq edilib – FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Energetika Nazirliyi ilə İranın Neft Nazirliyi arasında Xəzər dənizində müvafiq blokların birgə işlənməsi haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Energetika Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkətinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Qeyd edək ki, Anlaşma Memorandumu 2018-ci il martın 28-də Bakıda imzalanıb.

Həmçinin oxuyun

İlham Əliyev İranın Ali Rəhbərinə başsağlığı verib

Prezident İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinə başsağlığı verib. …