Çərşənbə , May 15 2024
Ana səhifə / Siyasət / Azərbaycanla bağlı dediklərini təkzib edən erməninin – Səs yazısı

Azərbaycanla bağlı dediklərini təkzib edən erməninin – Səs yazısı

Ukrayna Erməniləri Milli Konqresinin sədri Aşot Avanesyanın təkzib etdiyi “Azərbaycanın işğal altında olan rayonları geri qaytarılmalıdır” məzmunlu açıqlamasının səs yazısı yayılıb.
Axar.az xəbər verir ki, səs yazısında A.Avanesyan APA-nın əməkdaşının “Münasibətlərin düzəlməsi üçün Azərbaycanın işğal olunmuş rayonları geri qaytarılmalıdır. Bununla bağlı mövqeyiniz necədir” sualına “Əlbəttə. Düşünürəm ki, bu gün işğal olunmuş o rayonları, işğal olunmuş Azərbaycan ərazilərini qaytarmalıdırlar, elə də olacaq”, – cavabını verib.
Avanesyanın səs yazısında Azərbaycan dilində danışdığı da diqqətdən yayınmayıb.
Qeyd edək ki, yayılan sözügedən açıqlamadan dərhal sonra Aşot Avanesyan öz Feysbuk hesabında təkzib statusu ilə çıxış etmişdi. O, belə bir açıqlama vermədiyini iddia etmiş və bunun təxribat olduğunu bildirmişdi.
Həmin səs yazısını təqdim edirik:
 
 

Həmçinin oxuyun

Etibar Məmmədov deputatlığa namizəd olacaq? – Açıqlama 

“Parlament seçkilərinin zamanında, yaxud növbədənkənar keçirilməsindən asılı olmayaraq, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bu seçkilərdə …

Bir cavab yazın