Yeni Azərbaycan Partiyasının (YAP) qurultayına hazırlıq işləri davam etdirilir.
Bunu jurnalistlərə açıqlamasında YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
Aparat rəhbəri bildirib ki, partiyanın keçirəcəyi qurultay növbədənkənar deyil, ənənəvi olaraq beş ildən bir keçirilir.
“Təbii ki, qurultayın gündəliyində, ilk növbədə, beş il ərzində partiyanın keçdiyi yola nəzər salınacaq və bəzi məsələlər müzakirə ediləcək. Nizamnamədən irəli gələn məsələlərə baxılacaq”, - deyə o bildirib
APA