Sosial şəbəkədə biz:

Birgə Bəyannamə Azərbaycana nələr vəd edir?

Birgə Bəyannamə Azərbaycana nələr vəd edir?
Xəbər Şəkli
13 November 2026, 21:38
Siyasət

Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə" ölkələr arasındakı münasibətlərdə yeni səhifə açacaq.

Azərbaycan ilə Böyük Britaniya arasındakı dərinləşmiş münasibətlər özünü həm iqtisadi, həm də ticari əlaqələrdə göstərməkdədir. 2025-ci ildə Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasındakı ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 67 faiz artaraq 1 milyard 140 milyon dollara çatıb. Tərəflər arasındakı ticarət dövriyyəsi son 5 ildə 3.4 dəfə artıb. Bu ilin ilk yarısında isə Azərbaycan ilə Böyük Britaniya arasında ticarət dövriyyəsi 6 dəfə artaraq 3,6 milyard dollara çatıb. Həmin müddətdə Azərbaycanın Böyük Britaniyaya ixracı 24 dəfə artıb.

Tərəflər sərmayə qoyuluşu sahəsində də dərin əməkdaşlığa malikdirlər. Böyük Britaniyanın Azərbaycana yatırdığı investisiyaların həcmi 39 milyard dollardan çoxdur. Bu Böyük Britaniyanı Azərbaycanın ən böyük xarici investor tərəfdaşı edib.

Tərəfdaşlıq haqqında Birgə Bəyannamə 3 əsas sahə üzrə əməkdaşlığı daha da gücləndirəcək. Tərəflər müdafiə və təhlükəsizlik, ticarət, investisiya və iqtisadi artım və  eləcə də təhsil və innovasiya sahələrində dərinləşmiş əməkdaşlıq hədəfləyirlər. Bu əməkdaşlığın enerji sektorundan kənar sahələri də əhatə etməsi, xüsusilə süni intellekt və rəqəmsal həllər istiqamətində inkişaf etdirilməsi ölkəmiz üçün yeni investisiya və iqtisadi imkanlar yaradacaq.

Vüqar Bayramov, millət vəkili