Bazar ertəsi , May 20 2024
Ana səhifə / Siyasət / “Sizə kim status söz verib?” – Babayana CAVAB

“Sizə kim status söz verib?” – Babayana CAVAB

“Saxtakar tanınmamış “xarici işlər naziri” qırıq val kimi yorulmadan təkrar edir: “”Arsax” xalqı və hakimiyəti üçün Azərbaycanın daxilində hər hansı status qəbuledilməzdir””.

Bunu diplomat, sabiq xarici işlər naziri Vilayət Quliyev deyib. 

“Bəs kim sizə status söz verib? Məgər aydın deyilmi ki, məğlublar şərtləri diqtə edə bilməzlər? Eşitməmisiz ki, status cəhənnəmə getdi, gorbagor oldu?”, – deyə diplomat separatçı “nazir”ə cavab verib.

Xatırladaq ki, bir müddət öncə separatçı Davit Babayan Rusiya nəşrinə açıqlamasında “Arsax” xalqı və hakimiyəti üçün Azərbaycanın daxilində hər hansı status qəbuledilməzdir” demişdi. Bu azmış kimi, separatçı Şuşanı qaytaracaqları ilə bağlı da sərsəmləmişdi.

Həmçinin oxuyun

İlham Əliyev İranın Ali Rəhbərinə başsağlığı verib

Prezident İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinə başsağlığı verib. …