Ana səhifə / Siyasət / Şahramanyan Paşinyanın böyük yalanının üstünü açdı

Şahramanyan Paşinyanın böyük yalanının üstünü açdı

“Ermənistan rəhbərliyi ilə əlaqə saxladıq, bəzi məsələləri müzakirə etdik, bəzi məsələləri müzakirə etmək mümkün olmadı, çünki heç bir əlaqə yox idi”.

Bunu Qarabağdakı separatçı qurumun ləğvi barədə sənədi imzalamış Samvel Şahramanyan son müsahibəsində deyib. Beləliklə, o, həmin dövrdə Ermənistan hökumətinin hər hansı nümayəndəsi və ya Baş nazir Nikol Paşinyanla əlaqə saxlaması barədə sualalra aydınlıq gətirib. 

“Bilirsiniz ki, müharibə nəticəsində biz “Karabakh Telecom”un imkanlarını itirdik, internet çox zəif işləyirdi, Ermənistanla rabitə xətti praktiki olaraq kəsilmişdib”, – deyə Şahramanyan bildirib.

O, “Ermənistan sizin hansı sənədi imzalamanızdan xəbərdar olubmu?”  sualına belə cavab verdi: “Ermənistan  nəyin imzalamasından xəbərdar idi və biz Ermənistan hakimiyyəti ilə bu sənədlərlə bağlı mümkün təhlükələri müzakirə etdik, lakin bu vəziyyətdə məqsədimiz insanların həyatını xilas etmək idi”.

Beləliklə, Şahramanyan rəsmi İrəvanın bir sıra yalanlaır kimi, növbəti yalanının da üstünü açıb. Çünki Baş nazir Nikol Paşinyan da daxil olmaqla, Ermənistan rəsmiləri qondarma qurumun ləğvinə dair sənədin imzalanmasından xəbərdar olmadıqlarını bəyan edirdilər. Ancaq Şahramanyanın müsahibəsi göstərib ki, rəsmi İrəvan bu sənəddən xəbərdar olub. Cebhe.info

Həmçinin oxuyun

Müsavatın dialoqda iştirakına etiraz: Vəfa Cümşüdlü partiyadan istefa verdi

Müsavat Partiyasının keçmiş Divan üzvü və sabiq Qadınlar Təşkilatının sədri Vəfa Cümşüdlü partiyadan istefa verib. …