Şənbə , May 11 2024
Ana səhifə / Siyasət / Rusların İtaliyaya “köməyi”ni Kremlpərəst alman və italyan siyasətçilər təşkil edib

Rusların İtaliyaya “köməyi”ni Kremlpərəst alman və italyan siyasətçilər təşkil edib

Xəbər verildiyi kimi, Rusiya hökuməti İtaliyaya koronavirusla mübarizədə kömək məqsədilə 15 təyyarə dolusu dezinfeksiya materialı və bir sıra avadanlıq göndərib.

Lakin Qərb mətbuatı bir həftədən çoxdur ki, Putinin bu “səxavəti”nin arxasında tamamilə başqa məqsədlər daşıdığını yazır.

Almaniyanın “Bild” qəzetini xəbərinə görə, burada Kreml tərəfindən maliyyələşdirildiyi bilinən alman və italyan deputatların böyük rolu olub.

Jurnalist Yulian Repkenin məqaləsində İtaliyaya yarıdm gəlməsində Bundestaqda güclü fraksiyaya malik, Ruisya meylli “Almaniya üçün Alternativ” parityasının deutatı Ulrix Emenin piar kampaniyasının rolu olduğu göstərilib.

Qeyd olunur ki, Ulrix Eme Almaniyada V.Putinin “fanat”larından sayılır. 2018-ci ildə o, heç bir beynəlxalq hüquq normasına məhəl qoymadan sağ radikal deutat Byörn Heke ilə birlikdə Ukraynanın işğal olumuş Krım bölgəsində Rusiya tərəfindən təşkil olunan qondarma seçkiləri müşahidə etmək üçün gedib.

Ulrix Eme Bundestaqdakı iclasda Şimali İtaliya bölgə siyasətçilərinin ona müraciət etdiyini, onun da öz növbəsində Kremlə həmin ricanı çatdırdığını deyib.

Alman deputat ötən həftə Lombardiyadan gələn çoxsaylı tabutlardan “təsirləndiyini”, bundan başqa İtaliyanın ultrasağ deputatı Paolo Qrimoldinin ondan “tibbi yardım” üçün Kremlə mesaj çatdırmağını istədiyini bildirib.

Elə P.Qrimoldinin özü “Şimal Liqası” adlı radikal millətçi və separat partiyanın üzvü, habelə İtaliya parlamentində “Putinin dostları” qrupunun təsisçisidir.

Həm Ulrix Eme, həm də Paolo Qrimoldi İtaliya üçün Rusiyaya iki məktib göndəriblər. Onlardan biri Dövlət Dumasının Xarici əlaqələr komitəsinin sədri Leonid Slutskiyə, digəri isə Moskva şəhər Dumasının deputatı Roman Babayana verilib.

Guya bundan sonra onların səsi Vladimir Putinə qədər gedib çıxıb və o, tibb avadanlıqlarını İtaliyaya göndərmək qərarına gəlib.

“Bild”in xəbərinə görə, həm “AüA”, həm də “Şimal liqası” deputatları bununla rəsmi Romanı pis vəziyyətə qoymaq üçün sosial şəbəkələrdə və mediada hay-küyə və qara piara (“baş nazir Konte Rusiyadan yardım almaqdansa italyanları öldürməyi üstün tutur” kimi) əl atıblar. Nəticədə İtalyan hökuməti rəsmi Moskvadan əslində heç bir faydası olmayan, zatən İtaliyanın özündə bol olan materialları almağa məcbur olub.

Koronavirus əleyhinə Rusiya tərəfindən verilən avadanlıqların faydasızlığı İtlaiyanın “La Stampa” qəzetində əks olunub. Bunu “Bild”lə söhbətində İtaliya ordusnun yüksək rütbəli generalı da təsdiqləyib.

Belə ki, rusların yolladığı materiallar əsasən kütləvi qırğın silahlarından müdafiə məqsədilə nəzərdə tutulan və daha çox müharibə şəraitində işlədilən yararsız avadanlıqlardan ibarətdir. “Üstəlik, 13 yük maşını dolusu dezinfeksiya maddəsi bizə heç lazım deyildi. İtaliyaya gərəkli olan, süni tənəffüs aparatları da daxil olmaqla bir sıra avanlıqları isə Rusiya göndərə bilməzdi. Ruisya sadəcə yük maşınlarında öz bayraqlarının yellənməsini tv kanallarda və xəbər saytlarında nümayiş etdirmək istəyirdi, vəssalam. Bu sırf piar-aksiyadır”,-deyə italyan zabiti qəzəblə vurğulayıb.

Bununla belə, İtaliya hökuməti ayıq davranaraq Rusiya təyyarələrinin Şimaldakı hərbi bazaya deyil, cənubda Pratika-di-Mare hava bazasına enməyə məcbur edib. Nəticədə rus maşınları əlavə 700 km yol qət etməli olublar.

“Pratikada İtaliyanın “9ª ISTAR-EW” kəşfiyyat briqadası yerləşir. Bu birlik elektron kəşfiyyat funksiyasını yerinə yetirir və rusların “yardım” adı altında hər hansı kəşfiyyat avadanlığını ölkəyə daxil etməsi halında dərhal müdaxilə etmək imkanına malik olub. Musavat.com

Həmçinin oxuyun

ABŞ səfiri Qubad İbadoğlu ilə görüşdü

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi səfirlikdə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu ilə …