Şənbə , May 18 2024
Ana səhifə / Siyasət / Rusiya Qarabağda etnik təmizləmənin olmadığını bəyan edib

Rusiya Qarabağda etnik təmizləmənin olmadığını bəyan edib

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Yerevanın Rusiya sülhməramlılarına qarşı səsləndirilən ittihamları manipulyasiya adlandırıb. 

Bu barədə yanvarın 12-də Rusiya XİN-in sözçüsü Mariya Zaxarova gündəlik brifinq zamanı danışıb. 

Onun sözlərinə görə, erməni siyasətçilərin Rusiya sülhməramlıların Qarabağın erməni əhalisini müdafiə etmədiyi barədə ittihamları faktların manipulyasiyasıdr. 

O bildirib ki, bu cür “destruktiv və həqiqətə uyğun olmayan bəyanatlar” məsuliyyətdən boyun qaçırmaq üçün irəli sürülür.

Zaxarova çıxışında 10 Noyabr 2020-ci il tarixli Atəşkəs Bəyannaməsinə istinad edib. O bildirib ki, Bəyannaməyə əsasən, Rusiya sülhməramlıları bölgəyə atəşkəsi təmin etmək, Dağlıq Qarabağ əhalisinin kütləvi ölümünün qarşısını almaq və mülki obyektlərin zədələnməsinin qarşısını almaq üçün göndərilib.

“Bunların hansı biri yerinə yetirilməyib?! Arqumentlər varsa, masaya qoyun, amma ortada isteriya və təhqirdən başqa bir şey yoxdur… Qarabağda etnik təmizləmənin aparıldığına dair hansısa mötəbər beynəlxalq təşkilatın sənədi və ya bəyanatı varmı?! Biz ermənilərin Dağlıq Qarabağa qayıtmasının və erməni əhalisinin təkcə hüquqlarının deyil, həm də təhlükəsizliyinin təmin edilməsinin vacibliyini dəfələrlə bəyan etmişik”, – Zaxarova çıxışında vurğulayıb. 

Moskva və Yerevan Qarabağda Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı dəfələrlə bir-birlərinə qarşı şifahi ittihamlar səsləndiriblər. Ötən ilin sonunda Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya sülhməramlı kontingentinin  Qarabağ ərazisinə erməni əhalisini qorumaq üçün çağırıldığını, amma  Rusiyanın münaqişənin həlli ilə bağlı razılaşmaları yerinə yetirmədiyini bəyan etmişdi. 

Həmçinin oxuyun

“Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləməyə hazırıq” – Almaniya XİN

“Almaniya Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməyə davam etməyə hazırdır”.Bu barədə Almaniyanın Xarici İşlər …