Çərşənbə , May 29 2024
Ana səhifə / Siyasət / Qubad İbadoğlunun Hüquqlarını Müdafiə Komitəsi yaradıldı – ADLAR

Qubad İbadoğlunun Hüquqlarını Müdafiə Komitəsi yaradıldı – ADLAR

“Bu gün Azərbaycan Demokratiya və Rifah Partiyası İdarə Heyətinin təşəbbüsü ilə şərlənərək həbs olunan sədrimiz Qubad İbadoğlunun Hüquqlarını Müdafiə Komitəsini yaratdıq. Müdafiə Komitəsinin tərkibi 21 nəfərdən ibarətdir. Komitəyə Cəmil Həsənli rəhbərlik edəcək”.

Bunu Bakupost.az -a ADRP-nın İdarə Heyətinin üzvü Ədalət Yusub bildirib.Onun sözlərinə görə, Müdafiə Komitəsində 3 istiqamətdə işçi qrupları yaradılacaq:

“İctimaiyyətlı əlaqələr, beynəlxalq və hüquqi istiqamətləri üzrə işçi qrupları formalaşdırılacaq. Komitənin qəbul etdiyi təlimatları həmin qruplar üzrə yönləndirməyə çalışacağıq. Mütəmadi olaraq fəaliyyət göstərəcəyik. Ümid edirik ki, İbad bəyin hüquqularını tam şəkildə müdafiə edərək, onu üzərinə qoyulmuş saxta ittihamdan qurtara, zamanından əvvəl azadlığa çıxara biləcəyik”.

Ə.Yusub Müdafiə Komitəsində Cəmil Həsənlinin, Mehman Əliyev, Tofiq Yaqublu, Rafiq Manaflı, Rüfət Muradlı, Nuridə Quliyeva, Əlövsət Sadıqlı, Arif Şahmalıoğlu, Azər Qasımlı, Rüfət Səfərov, Zəfər Əhmədov, Ələsgər Məmmədli və digər şəxslərin təmsil olunduğunu bildirib:

“Müraciət edənlərin sayı həddindən artıq çoxdur. İlkin mərhələdə 35 nəfər müraciət etmişdi. Hələ ki 21 nəfəri razılaşdırıb Müdafiə Komitəsinə qəbul etdik. Müzakirələrdən sonra kimlərsə tərkibə daxil ediləcəksə, ictimaiyyətə məlumat veriləcək”.

Həmçinin oxuyun

“Ermənistan Xocalıda törətdiyi vəhşiliyi etiraf etməli, bizdən üzr istəməlidir” – PREZİDENT

Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir, …