Şənbə , May 11 2024
Ana səhifə / Siyasət / Qardaşı nazir müavini olan deputatın da mənzili yoxdur: “Gülməlidir, deyilmi?!”

Qardaşı nazir müavini olan deputatın da mənzili yoxdur: “Gülməlidir, deyilmi?!”

“Azərbaycanda kirayədə yaşayan deputatlar içərisində Emin Hacıyevin də adı çəkilir. Yəqin ki, bir çoxları belə bir deputatın mövcudluğundan xəbərsizdir. İddia edirlər ki, o, imkansızdır və kirayədə yaşayır. Onun qardaşı Fərhad Hacıyev Gənclər və İdman nazirinin müavini vəzifəsində çalışır. Fərhad Hacıyevin də qaynatası ölkənin ən böyük marketlər şəbəkəsindən birinin sahibidir. Nazir müavinlərinin, onların qardaşlarının, ailə üzvlərinin maddi vəziyyəti isə hər kəsə bəllidir”.

Bunu jurnalist Samir Feyruzov bildirib.

S.Feyruzov qeyd edib ki, Emin Hacıyev hələ 2008-ci ildə “Azərbaycanda ipoteka mənzil kreditləşməsinin formalaşması və inkişafı” mövzusunda namizədlik dissertasiyası yazıb: “Maraqlıdır, ev almağın yollarını araşdırıb bu sahədə alimlik dərəcəsi alan adam indiyə qədər necə evsiz qalıb? Özü də əvvəllər nazirlikdə, baş konsulluqda işləyəsən, qardaşın nazir müavini ola, tikinti maqnatı olan xeyli dostların da sənin qulluğunda dura… Gülməlidir, deyilmi?! Yaxşısı budur, digər “evsiz” deputat Şahin Seyidzadə kimi “siz kirayədə qalırsınızmı?” sualına belə cavab verəsən: “Adıma ev və mənzil yoxdur…””

Həmçinin oxuyun

ABŞ səfiri Qubad İbadoğlu ilə görüşdü

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi səfirlikdə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu ilə …