Ana səhifə / Siyasət / Politoloq: “Dünya gücləri Zəngəzur bölgəsinin əhəmiyyətini anlayırlar”

Politoloq: “Dünya gücləri Zəngəzur bölgəsinin əhəmiyyətini anlayırlar”

“Rusiyanın Qafanda baş konsulluq açmaq istəyi bölgənin əhəmiyyətinin günü-gündən artmasıyla bağlıdır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib. 

Analitik qeyd edib ki, Zəngəzur dəhlizi də bölgə üçün böyük bir prespektivlər vəd edir:

“Məlumdur ki, Qafanda ilk konsulluğu İran açdı. İran Zəngəzur bölgəsini özü üçün mühüm əhəmiyyətə malik ərazi elan etdi və açıq şəkildə bəyan etdi ki, bu ərazinin statusunun dəyişdirilməməsi İranın qırmızı xəttidir. Bununla kifayətlənməyib İran özünü Ermənistanın təhlükəsizliyinin əsas təminatçısı elan etdi. 

Yeri gəlmişkən, bu bəyanat da təsirsiz qalmadı. Bu yaxında Ermənistanda keçirilən rəy sorğularında məlum oldu ki, ermənilər öz təhlükəsizliyinin əsas təminatçısı kimi İranı görürlər. Ondan sonra Fransa gəlir və onun ardınca tarix  boyu ermənilərin təhlükəsizliyinə təminat verən onları yaşadan dövlət Rusiya gəlir”. 

Politoloq bildirib ki, bölgədə bir sıra xarici qüvvələr də fəallaşmqdadır:

“Bildiyimiz kimi, Hindistan-Ermənistan əlaqələri də günü-gündən yaxınlaşır. Hindistan və İran birlikdə Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizini işə salmağa çalışırlar. Bununla da, Azərbaycanı oyundan kənar vəziyyətdə qoymağa çalışırlar. Azərbaycan isə Zəngəzur dəhlizinin işə düşməsi və bölgənin əməkdaşlıq bölgəsinə çevrilməsi üçün əlindən gələni edir. Çünki Avropaya gedən son dərəcə əlverişli yol məhz burdan keçir. Təbii ki, qonşularından geri qalmaq istəməyən Rusiya da burada öz iştirakını biraz da artırmaq istəyir. 

Məlumdur ki, İkinci Qarabağ müharibəsindən sonra Rusiya əvvəlcə 102-ci bazanın Zəngəzur ərazisindəki hərbi postunu yaratdı və bununla da, hərbi mövcudluğunu gücləndirməyə çalışdı. İndi isə sürətləndirilmiş proseduralar əsasında qısamüddətdə Qafanda baş konsulluq açmaq istəyirlər”. 

A.Səmədov deyib ki, ABŞ Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması istiqamətində görünməmiş fəallıq göstərməkdədir:

“Təbii ki, bu sülh sazişinin imzalanması həmin bölgənin əhəmiyyətini biraz da artıracaq. Bütün bu davranışlar onu göstərir ki, dünya gücləri  Zəngəzur bölgəsinin əhəmiyyətini anlayırlar. Azərbaycanın bu bölgəni əməkdaşlıq, sülh bölgəsinə çevirmək istəyinə dəstək verirlər. Ancaq hamısı indidən orada yer tutmağa və gələcək fəaliyyət üçün əsas yaratmağa çalışırlar”.

Həmçinin oxuyun

Müsavatın dialoqda iştirakına etiraz: Vəfa Cümşüdlü partiyadan istefa verdi

Müsavat Partiyasının keçmiş Divan üzvü və sabiq Qadınlar Təşkilatının sədri Vəfa Cümşüdlü partiyadan istefa verib. …