Bazar ertəsi , May 20 2024
Ana səhifə / Siyasət / Nazir Siyavuş Novruzovun qardaşını yüksək vəzifəyə təyin etdi – Foto

Nazir Siyavuş Novruzovun qardaşını yüksək vəzifəyə təyin etdi – Foto

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə yeni təyinat olub.

Bu vəzifə gənclər və idman naziri Fərid Qayıbovun müvafiq əmri ilə Nəcəf Novruzova həvalə edilib.

Bu barədə o, özünün feysbuk səhifəsində paylaşım edib.

Novruzov göstərilən etimada görə təşəkkürünü bildirib.

Nəcəf Novruzov daha əvvəl Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Nəcəf Novruzov Milli Məclisin deputatı Siyavuş Novruzovun qardaşıdır.

Həmçinin oxuyun

İlham Əliyev İranın Ali Rəhbərinə başsağlığı verib

Prezident İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinə başsağlığı verib. …