Çərşənbə , May 15 2024
Ana səhifə / Siyasət / Milli Şuranın aksiya ilə bağlı müraciətinə cavab verildi

Milli Şuranın aksiya ilə bağlı müraciətinə cavab verildi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 21-də mitinq keçirməklə bağlı müraciətinə cavab verib.
BŞİH mitinqin keçirilməsini məqbul saymayıb.
Bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci ünvanda yerləşən Yasamal İdman-Sağlamlıq Kompleksinin stadionunda təmir işləri həyata keçirilir. Eyni zamanda metronun “28 May” və “Nəriman Nərimanov” stansiyalarının qarşısındakı ərazilər əhalinin daha sıx hərəkət etdiyi metro çıxışları olduğundan, nəqliyyatın intensiv hərəkət etdiyi hissələrdə yerləşdiyindən həmin məkanlarda toplantıların keçirilməsi tıxacların yaranmasına və vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına səbəb olacaq.
“Göstərilənləri, həmçinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 7-ci maddəsini nəzərə alaraq 21 aprel 2024-cü il tarixində planlaşdırılan mitinqin keçirilməsini məqsədəuyğun hesab etmirik”, – İcra Hakimiyyətinin Milli Şuranın müraciətinə cavabında deyilir.

Həmçinin oxuyun

Etibar Məmmədov deputatlığa namizəd olacaq? – Açıqlama 

“Parlament seçkilərinin zamanında, yaxud növbədənkənar keçirilməsindən asılı olmayaraq, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bu seçkilərdə …