Ana səhifə / Siyasət / İlham Əliyev: “Ərdoğanın seçkilərdə qələbəsi Azərbaycan xalqını çox sevindirdi”

İlham Əliyev: “Ərdoğanın seçkilərdə qələbəsi Azərbaycan xalqını çox sevindirdi”

Seçkilərdə Sizin (Rəcəb Tayyib Ərdoğan – red) qələbəniz 20 ildən çox müddət ərzində apardığınız siyasətin Türkiyə xalqı tərəfindən qiymətləndirilməsinin təzahürüdür. Sizin liderliyinizlə qardaş Türkiyə böyük və şərəfli yol keçmiş, dünya miqyasında böyük güc mərkəzinə çevrilmişdir. Yürütdüyünüz daxili və xarici siyasət Türkiyə xalqı tərəfindən yüksək qiymətləndirilir.
Azinforum.az 
xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 12-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.

Prezident Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qələbəsinin Azərbaycan xalqını çox sevindirdiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Əminəm ki, bu seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Bu gün biz Sizinlə həm görülmüş işlərə yekun vurduq, eyni zamanda, növbəti illərdə görüləcək işlər haqqında geniş fikir mübadiləsi apardıq. Həm təkbətək görüş zamanı, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlar bir daha bizim ortaq niyyətimizi ifadə edir”.

Həmçinin oxuyun

Emmanuel Makron Muxtar Babayevi qəbul edib

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP 29 iqlim konfransının prezidenti Muxtar Babayev Parisdə “COP29 …