Şənbə , May 18 2024
Ana səhifə / Siyasət / Dubayda COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar elan edildi

Dubayda COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar elan edildi

Dubayda (BƏƏ) COP29 konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar rəsmən elan edilib.

Bunu COP28-in yekun sessiyasının plenar iclasında COP28-in prezidenti Sultan Əl-Cabir deyib.

COP28-də çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, Azərbaycan bu irimiqyaslı tədbirə ev sahibliyi etməyə hazırdır.

“Mən Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etmək öhdəliyini elan etməkdən məmnunam. Zəngin mədəni irsi və dinamik enerjisi ilə Azərbaycan dünya ictimaiyyətinin dövrümüzün aktual çağırışlarını həll etmək üçün bir daha bir araya gəlməsi üçün düzgün platforma olacaq. Biz COP28 zamanı göstərdikləri liderlik və dəstəyə görə hazırkı sədrə minnətdarlığımızı bildiririk”, – o deyib.

Qeyd edək ki, 2024-cü il COP29-a ev sahibliyi etmək növbə Şərqi Avropa regional qrupuna düşür. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsini təklif edib.

Azərbaycanla yanaşı Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürmüşdür. 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Ofisi arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbycanın xeyrinə öz namizədliyini geri çəkib. Bolqarıstan da bundan sonra öz namizədliyini geri çəkib.

Həmçinin oxuyun

Emmanuel Makron Muxtar Babayevi qəbul edib

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP 29 iqlim konfransının prezidenti Muxtar Babayev Parisdə “COP29 …